Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Emil Balayevin formasına görə “Zirə” 800 manat cərimələndi

Emil Balayevin formasına görə “Zirə” 800 manat cərimələndi

Tarix: 11 Mart 2020 19:52

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Sonxeber.net xəbər verir ki, iclasda Premyer Liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

"Keşlə" - "Qarabağ" oyununda "Keşlə"nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

"Səbail" - "Zirə" oyununda "Zirə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. "Zirə"nin qapıçısı Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün "Zirə" 800 manat cərimələnib. Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə "Səbail" klubu 800 manat cərimələnib.

"Neftçi" - "Sabah" oyununda "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.


Etiketlər:  Emil Balayevin formasına görə Zirə manat cərimələndi


RƏYLƏR