Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 23:15
Koronavirusun insanın mərkəzi sinir sisteminə dağıdıcı təsir etməsi ilə bağlı ilk fakt qeydə alınıb.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Çinin Pekin şəhərində Ditan adlı xəstəxanada 56 yaşlı pasiyentdə koronavirusun mərkəzi sinir sisteminə mənfi təsiri müşahidə olunub.
Belə ki, xəstədə pnevmoniya, ensefalit, baş beyin əzələlərinin regidliyi, bəbəyin işığa reaksiyasında zəiflik, huşun pozulması baş verib.
Həmin xəstə koronavirus müalicəsi ilə yanaşı sinir sistemi müalicəsi də alaraq vəziyyəti yaxşılaşıb.