Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Venesuelada ilin əvvəlindən inflyasiya 100 faizi ötüb

Venesuelada ilin əvvəlindən inflyasiya 100 faizi ötüb

Tarix: 12 Mart 2020 08:44

Venesuelada cari ilin iki ayı ərzində qiymət artımı 100 faizdən çox olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Milli Assambleyanın (birpalatalı parlamentin) Maliyyə Komitəsi Karakasdakı mətbuat konfransında açıqlama verib.

"Fevral ayında inflyasiya 22,4, ilin əvvəlindən yığılmış isə 102,4 faiz təşkil edib", - deyə hesabata istinadən komitə üzvü Anxel Alvarado bildirib.

Alvarado qeyd edib ki, illik qiymət artımı 3276 faiz təşkil edib.

Venesuela son illərdə hiperinflyasiya və milli valyutanın devalvasiyası ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. BMT-nin məlumatına görə, ölkəni təxminən 4,5 milyon qaçqın və miqrant tərk edib, onların təxminən 80 faizi region dövlətlərindədir. Bəzi proqnozlara görə 2020-ci ildə onların sayı 6,5 çilyon nəfərə qədər arta bilər.

Milli.Az


Etiketlər:  Venesuelada ilin əvvəlindən inflyasiya faizi ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ