Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 17:09
Ermənistan silahlı qüvvələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutub
Müdafiə Nazirliyindən (MN) Trend-ə verilən məlumata görə, martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.
Əsasən, düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.
Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.