Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 18:12
Bakı. Trend:
Təəssüf ki, Azərbaycan və Ermənistan sərhədində, eləcə də qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması halları davam edir.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib ki, insidentlər nəticəsində ölənlər və yaralananlar və bununla bağlı həlak olanların yaxınlarına başsağlığını ifadə edib:
“Biz tərəfləri təmkinli olmağa, güc tətbiq etməməyə, danışıqlar prosesini fəallaşdırmağa çağırırıq. Biz bu məsələni izləməkdə davam edəcəyik və bu barədə operativ şərh verəcəyik”.