Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir nazir koronavirusa yoluxdu

Daha bir nazir koronavirusa yoluxdu

Tarix: 12 Mart 2020 18:34

İspaniyanın Bərabərlik naziri İrene Monteroda koronavirus aşkarlanıb.

Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, nazir qan analizi verib və nəticəsi pozitiv çıxıb.

Onunla birlikdə yaşayan baş nazirin köməkçisi və "Podemos" partiyasının lideri Pablo İqlesias da karantinə alınıb.

Nazirlər Kabinetindən verilən açıqlamada Monteronun səhhətinin yaxşı olduğu bildirilib.

Bundan başqa, İspaniya parlamentinin sabiq sədri, Səhiyyə və İctimai İşlər naziri vəzifəsində çalışmış Ana Pastor da epidemiyaya yoluxub.

İspaniyada koronavirus qaynaqlı ölüm sayı 56-ya çatıb. 2 200-dən çox insan virusdan əziyyət çəkir.


Etiketlər:  Daha nazir koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ