Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı ölkədə insanlar tez-tez əllərini yuyurlar?

Hansı ölkədə insanlar tez-tez əllərini yuyurlar?

Tarix: 12 Mart 2020 20:45

Yeni növ koronavirus (Covid-19) epidemiyasının yayılması ilə fərdi təmizlik vərdişi daha çox vurğulanmağa başlayıb.

Sonxeber.net qadinklubu.com-a istinadla xəbər verir ki, mütəxəssislər xüsusən Ümumdünya Səhiyyə Təşkilatı koronovirusdan qorunmaq üçün əllərin tez-tez sabunla yuyulmasının vacibliyini xəbərdar edir.

Bəs hansı ölkədə insanlar tez-tez əllərini yuyurlar?

Gallup International  2015-ci il tarixli araşdırmasında 63 ölkənin gigiyena xəritəsini hazırlayıb. Araşdırmaya görə, dünyada tualetdən sonra əllərini sabunla yuyanlar arasında ən birinci ölkə Səudiyyə Ərəbistanıdır. Türkiyə 63 ölkə arasında 6-cı sırada yer alır.

Balkanlar və türklərin əl yuma vərdişinin digər Avropa ölkələrinə nisbətən yüksək olduğunu göstərir..

Avropada tualetdən sonra əlini sabunla ən çox yuyan ölkələr sıralamasında Bosniya və Herseqovina 96 faiz ilə siyahıya liderlik edir. Bosniya və Hersoqovinanı 94%-lik bir nisbətlə Türkiyə və yüzdə 85%-lə Kosova izləyir.

63 ölkə arasında Çin 23% -lə əl yuma nisbətinin ən aşağı olduğu ölkədir. Siyahıda 30 faizlə Yaponiya, 39 faizlə Cənubi Koreya yer alır.

Hollandiyada bu nisbət 50% olaraq görünür. Qeyd etmək lazımdır ki, hollandların digər Avropa ölkələri ilə müqayisədə tualetdən sonra əllərini yumaq vərdişi daha yüksəkdir.

Tualetdən sonra əl yuma vərdişinin zəif olduğu digər Avropa ölkələri 57 faizlə İtaliya, İspaniya, Fransadır. Rusiya isə 60 faizdən bir qədər yüksəkdir.

Britaniyalı əhalinin 75 faizi əllərini yuyduqlarını bildirsələr də, qonşu İrlandiya xalqı üçün bu nisbət 74 faizdir.

Michigan Universitetindən araşdırmaçı  Dr. Spike Leenin sözlərinə görə əl yuma yalnız fiziki ya da mənəvi bir təmizlik deyil, eyni zamanda insanı rahatlaşdıran bir təsiri də var.


Etiketlər:  Hansı ölkədə insanlar əllərini yuyurlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ