Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan martın 16-dan etibarən Avropaya uçuşların sayını azaldır

Qazaxıstan martın 16-dan etibarən Avropaya uçuşların sayını azaldır

Tarix: 13 Mart 2020 08:08

Koronavirusun pandemiyası ilə əlaqədar Qazaxıstanda beynəlxalq aviasiya daşımalarına qarşı əlavə məhdudlaşdırıcı tədbirlər görülür.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sənaye və İnfrastruktur İnkişafı nazirinin müavini Berik Kamaliyev bildirib ki, Qazaxıstan Avropa və bir sıra digər ölkələrə uçuşların sayını azaldır.

Hazırda Qazaxıstan Avropa İttifaqı ölkələrinə həftədə 25 aviareys yerinə yetirir. Martın 16-dan etibarən bəzi istiqamətlər üzrə, İstanbul, Frankfurt, Amsterdam, London, Praqa, Dubay, Əbu-Dabi istiqamətlərində həyata keçirilən reyslərin sayı azalacaq.

Berik Kamaliyev bildirib ki, Avropada və başqa ölkələrdə olan Qazaxıstan vətəndaşlarının bu reyslərlə ölkəyə qayıtmaq imkanı var.


Etiketlər:  Qazaxıstan martın etibarən Avropaya uçuşların sayını azaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ