Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 09:20
Beyləqan rayonunda ağır yol qəzası baş verib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, hadisə Horadiz-Bəhrəmtəpə-Hacıqabul yolunun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Seyidəliyev Qafar Səməd oğlu idarə etdiyi "Opel Astra" markalı 10 SD 632 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə yolun kənarındakı kanala aşıb.
Hadisə nəticəsində sürücü və sərnişin, 1973-cü il təvəllüdlü Əliyeva Güləndam Bilal qızı hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişinlər 1970-ci il təvəllüdlü Mehdiyev Elmidar Əziz oğlu və 1965-ci il təvəllüdlü Əliyeva Qəmər Bilal qızı müxtərif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.