Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 13:55
Müğənni Afət Fərmanqızı daha bir qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, müğənni "İnstagram" səhifəsində izləyicilərinin birinin ''Sizə də efir qadağası qoydular? Yoxsa artıq bu qadağa var idi?'' sualına qalmaqallı şəkildə cavab verib:
''Mən oxuyanda ''Xəzər'' televiziyası yox idi. Pul istəyirdilər deyə, heç o efirə çıxmırdım. Mənim ondan başqa üstün efirlərim var. ''Youtube'' kanalım və ''İnstagram'' hesabım bəs edir",- deyə o, sərt şəkildə məsələ barədə fikrini bildirirb.
Bundan sonra Fərmanqızı həmin şərhin fotosunu səhifəsində paylaşaraq bu sözləri qeyd edib:
''Atv və ARB televiziyası mənə bəs edir. Məni təmənnasız dəvət edirlər. Qaldı ''Xəzər'' televiziyasına xoruz yox idi, səhər açılmırdı? Məni xalqın qəlbində qadağaya sala bilmirlər. Bir dənə də Seyid Əzim Şirvanidən oxuyacam. Efir mənim üçün problem olsa Rusiya və Türkiyə televiziyalarına yolum açıqdır. Dəli şeytan deyir televiziya açım''.
Qeyd edək ki, "Xəzər" televiziyasına yeni rəhbər təyin olunan, Xalq artisti Murad Dadaşov, bəzi müğənniləri kanalın "qara siyahı"sına salıb. Qadağaya düşən müğənnilər arasında Damla, Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Türkan Vəliyeva və Pərviz Bülbülənin adı var.
Məsələ ilə bağlı "Xəzər" televiziyasında "5-də 5" verilişinin layihə rəhbəri Rauf Sübhinin mövqeyini öyrənməyə çalışdıq. O, Fərmanqızının irəli sürdüyü ittihamın təmamilə uydurma olduğunu bildirib.
"Mən layihə rəhbəri olaraq, buradan bəyan edirəm ki, "5-də 5" verilişi olaraq, Afət Fərmanqızından heç vaxt ödəniş tələb etməmişik. Bu tamamilə onun uydurma bir iddiasıdır. Əgər belə bir məsələ varsa, ad çəksin. Kim, nə zaman ondan ödəniş tələb edib. Sübut, dəlil gətirsin. Belə tapmaca kimi danışmağa, "Xəzər"in adından istifadə edib, gündəmə gəlməyə lüzum yoxdur",- deyə Rauf Sübhi billdirib.
Əməkdaşımızın "qara siyahı"ya düşən müğənnilər haqda sualına cavab olaraq o "Bu barədə heç bir məlumatım yoxdur. Ona görə heç nə deyə bilməyəcəyəm",- deyə bildirib.