Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 14:26
Türkiyənin Konya şəhərində yerli vətəndaş əcnəbini bıçaqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, U.G. göl kənarında balıq tutan əfqan mənşəli xarici vətəndaşlarla mübahisə edib.
O, əfqanlara "siz burada koronavirusu yayırsınız" deyib və Həbibullah adlı şəxsə hücum edərək onu bir neçə dəfə bıçaqlayıb.
Hadisə yerinə gələn tibb işçiləri vəziyyəti ağır olan Həbibullahı xəstəxanaya yerləşdiriblər.
Polis nəzarətinə götürülən U.G.-nın psixoloji problemlərinin olduğu iddia edilib.
Faktla bağlı araşdırma davam edir.