Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Premyer Liqası dayandırıldı

Azərbaycan Premyer Liqası dayandırıldı

Tarix: 13 Mart 2020 19:32

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının XXI, XXII, I Divizionun isə XX turunun oyunları təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev əmr imzalayıb.

Qərar son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq qəbul olunub.

Qeyd edək ki, təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yerləşdiriləcək.


Etiketlər:  Azərbaycan Premyer Liqası dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ