Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 22:03
Bakı. Samir Əli- Trend:
Azərbaycanda təhsil müddətinin və tədris tətilinin uzadılması ilə bağlı əlavə qərar verilə bilər.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidnmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, tədris vaxtının uzadılması ilə bağlı müəyyən qərar veriləcək:
"Hələ 2 həftə vaxt var. Bu müddət ərzində vəziyyətə görə qərar qəbul olunacaq və açıqlanacaq. Bununla bağlı qərar vermək hələ ki tezdir".