Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı-Tbilisi qatarlarının hərəkətinə məhdudiyyət qoyulub

Bakı-Tbilisi qatarlarının hərəkətinə məhdudiyyət qoyulub

Tarix: 14 Mart 2020 00:16

Bakı. Ceyhun Ələkbərov - Trend:

Sərnişinlər Bakı-Tbilisi istiqamətində aldıqları dəmir yolu biletlərini geri qaytara bilərlər.

Bu barədə Trend-ə Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər. Qeyd olunub ki, beletlərə ödənilən məqləğ QSC tərəfindən geri qaytarılacaq:

“Bakı-Tbilisi istiqamətində Azərbaycan vətəndaşları üçün, Tbilisi-Bakı istiqamətində isə əcnəbi vətəndaşların qatarla səfərlərinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Alınmış biletlər üçün ödənilən məbləğ "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən bilet sahiblərinə geri qaytarılacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlumatına əsasən, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 14 mart saat 00:00-dan etibarən on günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilmişdir. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxması, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaqdır. Eyni zamanda, yükdaşımalarının həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərəcəkdir.


Etiketlər:  Bakı Tbilisi qatarlarının hərəkətinə məhdudiyyət qoyulub


RƏYLƏR