Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 10:12
“Sumqayıt”ın futbolçusu Rail Məlikovun Qol.az saytına müsahibəsi
- Son vaxtlar yaxşı təsir bağışlayan "Sumqayıt"ın "Qəbələ"yə uduzması gözlənilməz oldu. Məğlubiyyətinizin səbəbi nə idi?
- Komandamızın oyunu həmişə yaxşı təsir bağışlayıb. Çox tərifləyirdilər. Bu da bizim əleyhimizə işlədi, mənfi xüsusiyyətini üzə çıxardı. Əlbəttə, Qəbələdə gözlənilməz məğlubiyyət aldıq. Həmin oyuna qələbə qazanmaq üçün getmişdik. Amma uduzmağımızın səbəbini deyə bilmərəm. Bəlkə də arayınlıq oldu. Ancaq "Qəbələ"ni də çox yaxşı komandadır. Lakin biz bu matçda qalib gəlmək istəyirdik, o da alınmadı.
- Ağır məğlubiyyət komandaya necə təsir edib?
- Məğlubiyyət onsuz da məğlubiyyətdir. Amma təbii ki, belə hesabla uduzmaq ağırdır. Bu da bizə təsir göstərməmiş ola bilməz. Buna baxmayaraq, komanda şəklində stresdən çıxmağa çalışırıq. İnanıram ki, komandamız bu ağırlığı üzərindən atıb. Söhbətlərimiz olub. Futbolda hər şey olur, gözlənilməzliklə doludur. Yəni, buna çox fikir versək, pis nəticələnə bilər.
- Son vaxtlar meydana çox az halda çıxırsınız. Zədəlisiniz, yoxsa məşqçinin seçimidir?
- Zədə yoxdur. Məşqçinin seçimidir. Necə olsa, hörmətlə yanaşmaq lazımdır. Ehtiyac olduğu halda da can-başla kömək etməyə hazıram. Əlbəttə ki, ehtiyatda qalmaq futbolçuya təsir edir. Oynamasaq da, çalışırıq ki, komandamız qalib gəlsin. Çünki biz bir kollektivik. Hamımız bu komandaya məxsusuq.
- Xəbərlər var ki, mövsümün sonunda karyeranızı bitirib, məşqçiliyə başlayacaqsınız. Doğrudur məlumatdır? Ümumiyyətlə, karyeranızla bağlı planlanınız nədir?
- Hələ bilmək olmaz. Gücüm var. Allah nəsib etsə, 1 il də oynaya bilərəm. İndidən bu haqda fikirləşmək lazım deyil. Xeyirlisi nədirsə, o olsun. Karyeramı bitirdikdən sonra məşqçilik kurslarını oxuyub, məşqçi kimi işləməyi planlaşdırıram. Gələcək hər şeyi göstərəcək.
- Komandanız hazırda turnir cədvəlində 4-cü yerdədir və "Keşlə" ilə 7 xal fərqiniz var. Bu mövsüm "Sumqayıt"ın avrokuboka getməsi nə dərəcədə idealdır?
- 4-cü yerdə qərarlaşmışıq. Amma hər şey öz əlimizdədir. İrəlidə də ola bilərdik, geridə də. Lakin bizim hədəfimiz maksimum xal toplayıb, bacardığımız qədər irəli getməkdir. Əfsuslar olsun ki, yaxşı şanslarımızı dəyərləndirə bilmədik. İndi turnir cədvəlində 2-ci və ya 3-cü yerdə də ola bilərdik. Qalan oyunlarda maksimum xal toplayıb, irəli getməyə çalışacağıq.
- Millimizin sabiq üzvü kimi Millətlər Liqasındakı rəqiblərimiz haqda fikirlərinizi bilmək istərdik. Yığmamız bu turnirdə nə edə bilər?
- Rəqiblər haqda onu deyə bilərəm ki, ötən mövsümlə bu mövsüm arasında elə bir böyük fərq yoxdur. Millinin oyunçusu kimi, bir Azərbaycan vətəndaşı kimi komandamızın qələbələr qazanmasını, qrupdan çıxmasını istəyirəm. İnşallah, maksimum xal toplayarıq. Əlbəttə ki, hər şey yığmamızdan, futbolçularımızdan asıldır.
- Hələ ki, millimizdə baş məşqçi vəzifəsi boşdur. Yeni çalışdırıcının əcnəbi olacağı deyilir. Sizcə, yerli məşqçi lazımdır, yoxsa əcnəbi?
- Fərqi yoxdur. Əsas odur ki, komandamızda yaxşı məşqçi olsun. Məşqçidən çox şey asıldır. Həmişə yerli məşqçilərə üstünlük vermişəm. Əcnəbi də ola bilər. Amma komandamıza xeyir versin. Ən əsası, bu məşqçi seçimindən millimiz qazansın.
- Yerli mütəxəssislərdən kimin adını çəkə bilərsiniz?
- Qurban Qurbanov, Ayxan Abbasov, Tərlan Əhmədov, Arif Əsədov, Aftandil Hacıyev, Samir Abasov, Ramin Quliyev... Bu yerli məşçqilər yığmamıza xeyir verə bilər. Çünki onlarla işləmişəm, çiyin-çiyinə oynamışam. Bu mütəxəssislərin gücünə, iş prinsipinə, məşqçilik biliklərinə, xarakterlərinə çox bələdəm. Milli komandaya fayda verə bilərlər.