Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Samirə Əfəndinin “Cleopatra”sı 1-cidir - VİDEO - FOTO

Samirə Əfəndinin “Cleopatra”sı 1-cidir - VİDEO - FOTO

Tarix: 14 Mart 2020 14:45

Azərbaycanı "Eurovision - 2020" mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndinin "Cleopatra" mahnısı birincidir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçinin müsabiqənin rəsmi "Youtube" səhifəsində yerləşdirilən ekran işi ölkə üzrə trenddə liderdir. Eyni zamanda layihə sözügedən platformada 3 gün ərzində 1 milyondan çox baxış toplayıb. Bununla da o, ən çox izlənilənlər siyahısında üçlüyə düşüb.

Klip 37 min insan tərəfindən bəyənilib, 13 mindən çox rəy yazılıb.  Həmçinin "Cleopatra" Almaniya, İspaniya və Yunanıstanda trendə düşüb.

Bundan əlavə, bukmeykerlərin proqnozuna əsasən, 18-ci sırada olan Samirə klipin premyerasından sonra 10 pillə irəliləyərək 8-ci olub.


Etiketlər:  Samirə Əfəndinin Cleopatrası cidir VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ