Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Polymart” şirkəti müştərilərinə onlayn xidmət göstərəcək

“Polymart” şirkəti müştərilərinə onlayn xidmət göstərəcək

Tarix: 14 Mart 2020 20:12

Bakı. Trend:

Azərbaycanda plastik-Polietilen və PVC boruların istehsalını və satışını həyata keçirən "Polymart" şirkəti koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə ölkədə görülən tədbirlər ilə əlaqdar olaraq müştərilərinə onlayn xidmət göstəriləcəkdir.

Trend-in məlumatına görə, şirkət məhsulların istehsalı davam etdiriləcək, lakin şirkətin menecmenti və müştəri xidmətləri 16-29 Mart 2020-ci il tarixlərində mövcud ofisdən deyil, onlayn fəaliyyət göstərəcək.
Müştərilərin sorğularını operativ cavablandırmaq üçün növbətçi şəxs ayrılacaq. Bu müddət ərzində iş günləri ofisdə müştərilərin müraciətlərini növbətçi şəxs qəbul edəcək, cavablandıracaq və məhsulların satışı həyata keçirəcək.

"Polymart" şirkəti koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında operativ qərargahın, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsini nəzərə alınmaqla onlayn xidmət göstərməyə qərar verib.
Qeyd edək ki, "Polymart" MMC 2015-ci ildən plastik boru, pvc boru, polietilen boru və s. istehsalı fəaliyyətinə başlamışdır. Bu gün "Polymart" MMC-nin tərkibində bir zavod (3000 m2), beş nümayəndəlik, iki xarici ölkədə ofisi, bir neçə mağaza və baş ofisi fəaliyyət göstərir.

Zavodda Almaniya, Avstriya və İtaliya istehsalı olan istehsal avadanlıqlar quraşdırılmışdır. Bu da yüksək keyfiyyətli, standartlara cavab verən, müxtəlif ölçülərdə və parametrlərdə, P-Plast markalı boru, qaz boruları, su boruları və boru birləşmələrin istehsal etməyə imkan verir.


Etiketlər:  Polymart şirkəti müştərilərinə onlayn xidmət göstərəcək


RƏYLƏR