Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 02:16
Bakı. Trend:
Misirin İsmayiliya şəhəri yaxınlığında baş verən yol qəzasında ölkənin 9 polis əməkdaşı ölüb.
Trend-in məlumatına görə, bu barədə "Youm7" portalı xəbəri verir.
Məlumata əsasən, həmin polis əməkdaşlarını aparan pikap, yük treyleri ilə toqquşub. Bundan dərhal sonra avtomobil alovlanıb. Avtomobildə olan iki polis zabiti və yeddi müddətli xidmətinin əsgərləri həlak olub.
Ehtima edilir ki, qəza, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulduğuna görə baş verib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin