Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qlobal problemə qarşı mübarizədə mətbuat dövlət və cəmiyyətlə eyni mövqedə olmalıdır''

''Qlobal problemə qarşı mübarizədə mətbuat dövlət və cəmiyyətlə eyni mövqedə olmalıdır''

Tarix: 15 Mart 2020 13:15

Azərbaycanda koronavirusa görə bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Eyni zamanda, ictimai və sosial təhlükəsizlik qaydalarına əməl etmək hər bir vətəndaşın borcudur.

Mill.Az xəbər verir ki, bu fikirləri Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, insanların təhlükəsizliyinin, sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən bütün lazımi addımlar atılır: "Nazirlər Kabineti tərəfindən verilən son qərarın icrası da məhz vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsinə və hazırkı qlobal problemin təsirindən müdafiəsinə yönəlib".

Mətbuatın hazırkı vəziyyətdə atacağı addımlara gəlincə, baş redaktor deyib ki, hazırkı məqamda mətbuat dövlət və cəmiyyətlə eyni mövqedən çıxış etməlidir: "Mətbuat orqanları cəmiyyətin informasiya təhlükəsizliyini təmin etməli, insanları maarifləndirməklə virusun lokallaşdırılması istiqamətində aparılan işlərə öz dəstəyini verməli, yanlış, təşviş yaradacaq informasiyalar yaymaqdan çəkilməlidir. Hesab edirəm ki, dövlət, mətbuat və cəmiyyət birgə olub bu istiqamətdə tətbiq olunan müvafiq qaydalara əmək edilərsə, ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə mühüm töhfə vermiş olarıq".


Etiketlər:  Qlobal problemə qarşı mübarizədə mətbuat dövlət cəmiyyətlə eyni mövqedə olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ