Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 10:16
“Arsenal”ın oyunçuları Avropa Liqasının finalında “Çelsi” ilə matç üçün Bakıya gətirilməyən erməni futbolçu Henrix Mxitaryana dəstək vermək istəyib.
Qol.az “Daily Mail”ə istinadən xəbər verir ki, futbolçular Bakıdakı məşqlərdə üzərində Mxitaryanın adı yazılan formaları geyinməyi planlaşıdırıblar. Lakin UEFA buna izacə verməyib. “Arsenal”a istənilən təxribati hərəkətin qadağan olduğu bildirilib.
İngilis nəşri “Arsenal”ın Mxitaryanla bağlı bəyanat verməkdən çəkindiyini və futbolçuya dəstək vermək üçün heç bir tədbir görməyəcəyini yazıb.
Xatırladaq ki, Mxitaryan Azərbaycanda bütün zəruri təhlükəsizlik zəmanəti alsa da, “Arsenal” erməni futbolçusunu mayın 29-da Bakı Olmipiya Stadionunda keçiriləcək final oyununa gətirməyib.