Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 09:00
Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.
Azərbaycan Boks Federasiyasından Sonxeber.net-a verilən məlumata görə, boksçularımızdan Cavid Çələbiyev (63 kq) debütdə Kiril Rusinovla (Bolqarıstan) üz-üzə gəlib. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş gərgin alınıb. Qarşılaşma 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə dünya çempionumuzun xeyrinə yekunlaşıb.
Çələbiyev növbəti döyüşündə irlandiyalı George Batesi sınağa çəkəcək. Görüş martın 17-də olacaq.
Ondan fərqli, Rauf Rəhimov (91 kq) Mücahit İlyasla (Türkiyə) qarşılaşıb və məğlubiyyətə üzülüb.
Qeyd edək ki, turnirin üçüncü günündə 4 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynovla (52 kq) Lorenzo Sotomayor (69 kq) ilk görüşünə çıxacağı halda, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.