Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atam Rəşid Behbudovun o mahnısından sonra...”

“Atam Rəşid Behbudovun o mahnısından sonra...”

Tarix: 16 Mart 2020 15:20

90-cı illərin sonunda Türkiyədə populyar bir simaya çevrilən müğənni Reyhan Karaca Azərbaycana gəlib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, sənətçi AzTV-də yayımlanan "Məlahətli söhbətlər" proqramına qatılıb.

Onunla birgə verilişdə Xalq artisti İlqar Muradov da iştirak edib. R. Karaca efirdə maraqlı açıqlamaları ilə yadda qalıb. Sənətçi adının Azərbaycanla bağlı olduğunu da etiraf edib:

"Azərbaycanın məşhur müğənnisi Rəşid Behbudovun "Reyhan" mahnısı o vaxtlar Türkiyədə populyar idi. Atam adımı bu səbəbdən Reyhan qoyub".

İfaçı proqramdan sonra Xalq artisti Rəşid Behbudovun məzarını ziyarət edib.


Etiketlər:  Atam Rəşid Behbudovun mahnısından sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ