Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 16:16
La Liqanın prezidenti Xavyer Tebas bəyan edib ki, böyük ehtimalla çempionat yarımçıq dayandırlacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o bildirib ki, oyunların bərpa olunması ehtimalı çox azdır:
"İstirahət günlər mən Avropa təçkilatları, ispan klublarının prezidentləri ilə telefonla danışdım, videoəlaqə qurdum. Vacib bir həftə başlayır. Hər şey ona doğru gedir ki, biz mövsümü başa vurmayacağıq və oyunları keçirməyəcəyik. Bu həftə Avropada mühüm qərarlar verilə bilər.
Həmçinin mən digər liqaların prezidentləri ilə də əlaqə saxlayıram. Biz problemin həlli üçün çalışırıq. Koronavirus həyat məsələsidir. Bunun üçün həkimlər var. Biz isə yaxın vaxtlarda yaranacaq iqtisadi problemlərin həlli ilə məşğuluq. Bu mövsüm üçün cəmi 25 faiz oyun qalıb. Bu halda büdcəyə yenidən baxmalıyıq".