Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 17:22
Bu gün 74 yaşında dünyasını dəyişən Xalq artisti Rafael Dadaşov sabah torpağa tapşırılacaq.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor II Fəxri Xiyabanda dəfn ediləcək. Onun cənazəsi saat 14:00-da evindən götürüləcək.
Qeyd edək ki, R.Dadaşov uzun sürən xəstəlikdən sonra bu gün günorta saatlarında dünyasını dəyişib. Aktyor dekabrın 2-də ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.