Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 19:33
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Fərmanda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş "20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə"nin 5-ci hissəsinin birinci bəndinə "haqqında" sözündən sonra "bu Əsasnamənin əlavəsində müəyyən olunmuş formada" sözləri əlavə edilir və həmin hissənin ikinci bəndi ləğv edilir.