Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa İttifaqı Şengen vizalarının verilməsini məhdudlaşdırmaq istəyir

Avropa İttifaqı Şengen vizalarının verilməsini məhdudlaşdırmaq istəyir

Tarix: 17 Mart 2020 04:18

Bakı. Trend:

Avropa İttifaqına üzv olan 27 ölkənin dövlət və hökumət başçıları bu gün koronavirusa qarşı mübarizə ilə bağlı videokonfrans keçirəcəklər. Konfrans zamanı ittifaq ərazisinə səfərlərə məhdudiyyətlər təsdiq ediləcək.

Trend-in məlumatına görə, bu təklifi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyaen səsləndirib. Onun sözlərinə görə məhdudiyyət xaricilərin Aİ-na 30 gün müddətinə səfər etmələrinin dayandırılması haqqındadır.

Təklifə əsasən, bu məhdudiyyət diplomatlara, Avropa İttifaqında uzun müddət qalmaq icazəsi olanlara, Birlik vətəndaşlarının ailə üzvlərinə və koronavirusla mübarizədə iştirak edən həkim, alim, ekspert və tibbi personala şamil olunmayacaq.


Etiketlər:  Avropa İttifaqı Şengen vizalarının verilməsini məhdudlaşdırmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ