Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 06:42
Bakı. Trend:
Kaliforniya səlahiyətliləri COVİD-19 koronavirusunun yayılması ilə əlaqədar San-Fransisko və ətraf San-Xose, Berkli, Oklend şəhərlərində təxminən 7 milyon əhalini əhatə edəcək sərt karantin tədbirləri tədbiq ediblər.
Meqapolisin yeddi administrativ bölgü sakinlərinə küçəyə ərzaq, dərman almaqdan və ciddi zərurət olduqdan başqa hallarda çıxmaq qadağandır.
Kaliforniyanın cənubunda isə 13 milyondan çox əhalisi olan Los-Anjeles və San-Dieqo şəhərlərində bütün restoranlar, evlərə sifarişlər istisna olmaqla, fəaliyyətlərini dayandırıb.
ABŞ-da yeni növ koronavirusa yoluxma hallarının sayı 4,6 mini keçib.