Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusdan 125 nəfər ölüb

İranda koronavirusdan 125 nəfər ölüb

Tarix: 17 Mart 2020 15:04

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində yeni koronavirusdan (COVID-19) 125 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ümumilikdə İranda bu virus nəticəsində 988 nəfər ölüb.

Nazirlik rəsmisi ötən sutkada 1 178 nəfərin koronavirusa yoluxduğunu deyib. Əlavə edib ki, ümumilikdə İranda 16 169 nəfər bu virusa yoluxub.

Cahanpurun sözlərinə görə, indiyədək virusdan sağalanların sayı 5 389 nəfər olub.


Etiketlər:  İranda koronavirusdan nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ