Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 21:04
Koronavirusla bağlı qorxular dünya boyu ölkələrin sərhdlərini bağlamasına, dünya miqyasında gündəlik həyatın pozulmasına səbəb olması fonunda ABŞ-ın səhmlər bazarında bazar ertəsi tarixi enmə baş verib.
Qlobal miqyasda mərkəzi bankların tənəzzülün qarşısını almağa çalışması ilə əlaqədar fövqəladə tədbirlər görməsinə baxmayaraq, ABŞ-da aksiyalar 12% -dən 13% -ə qədər düşərək, maliyyə bazarlarında trilyonlarla dollar dəyər itkisinə səbəb olub. ABŞ-da aksiyalardakı enmə səhm bazarında 1987-ci ildən bəri pis durum hesab edilir.
Cəmi bir ay əvvəl virusun Çində yayılmağa başladığı bir vaxt qlobal maliyyə bazarlarında epidemiyanın Çində qarşısının alınacağı və bundan əvvəl Ebola, SARS və MERS kimi epidemiyalar dövründə olduğu kimi ciddi tənəzzülün baş verməyəcəyi ilə bağlı gözləntilərə görə tarixi yüksəlişini yaşayırdı.
Lakin artıq bu gün xəstəliyə yoluxma və bunun nəticəsində ölüm hallarının sayı artıq Çinin özündən daha çoxdur: dünya boyu 180000 yoluxma və 7000-dən çox ölüm halı qeydə alınıb.