Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 10:32
Bakı. Trend:
Rusiyada koronavirus təhlükəsi ilə əlaqədar məktəblərdə 3 həftəlik tətil elan olunub.
Trend-in məlumatına görə, bunu ölkənin Təhsil naziri Sergey Kravtsov bildirib.
Nazir deyib ki, məktəblər martın 23-dən başlayaraq aprelin 12-dək bağlı qalacaq.
Bu müddət ərzində distant təhsilin təşkil olunması planlaşdırılır.
Qeyd edək ki, Rusiyada bu günədək 114 nəfər koronavirusa yoluxub.