Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Energetika Nazirliyinin “Çağrı mərkəzi” və “Qaynar xətti” Novruz bayramında fasiləsiz xidmət göstərəcək

Energetika Nazirliyinin “Çağrı mərkəzi” və “Qaynar xətti” Novruz bayramında fasiləsiz xidmət göstərəcək

Tarix: 18 Mart 2020 14:04

Bakı. Trend:

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bu xəstəliyin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Energetika Nazirliyinin struktur bölmələrinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müvafiq tapşırıqlar verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq, müraciətlərin elektron və telefon rabitəsi vasitəsilə fasiləsiz qəbulu həyata keçiriləcək.

“Çağrı mərkəzi” və “Qaynar xətti” Novruz bayramındakı qeyri-iş günlərində (20-28 mart tarixləri) də fasiləsiz fəaliyyət göstərəcək. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən zəruri olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil ediləcək.

Qeyd edək ki, vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 “Qaynar xətti” və “974” Çağrı mərkəzi” vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin www.minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə nazirliyə müraciət edə bilərlər.


Etiketlər:  Energetika Nazirliyinin Çağrı mərkəzi Qaynar xətti Novruz bayramında fasiləsiz xidmət göstərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ