Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 14:18
Bakı. İlhamə İsabalayeva - Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir.
Trend-in məlumatına görə, bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, ÜST-ün mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVİD-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir.
ÜST-ün Azərbaycandakı Ölkə Ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.