Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atəşgah” Sığorta Şirkətindən sosial məhdudiyyətləri nəzərə alan yeni aksiya təklifi

“Atəşgah” Sığorta Şirkətindən sosial məhdudiyyətləri nəzərə alan yeni aksiya təklifi

Tarix: 18 Mart 2020 17:12

Bakı. Trend:

20 ildən çoxdur ki, fəaliyyət göstərən “Atəşgah” Sığorta Şirkəti artıq bir ildir ki, korporativ müştəriləri üçün “Loyallıq sistemi” layihəsi həyata keçirir. Qeyd olunan layihə çərçivəsində şirkət bir sıra yüksək səviyyəli tədbirlərə imza atıb.

Bu dəfə isə, son günlər qlobal problemə çevrilmiş COVID-19 virusu ilə əlaqədar klinika və xəstəxanalarda keçirilən profilaktik tədbirləri və bu səbəbdən yaranan müraciət sıxlığını nəzərə alaraq “Atəşgah” Sığorta və “Sphera healthcare AZ” Şirkəti yeni aksiya təşkil edir.
“Salam Doktor” layihəsi çərçivəsində bayram günləri daxil olmaqla 17-31 Mart tarixlərində, “Atəşgah” Sığorta Şirkətinin korporativ müştəriləri, övladlarının sağlamlığı barədə həkim-pediatrlardan, öz sağlamlıqları barədə isə həkim-terapevtlərdən evdən çıxmadan ödənişsiz telefon məsləhəti almaq imkanı əldə edirlər.

“Atəşgah” Sığorta Şirkəti korporativ müştərilərinin rahatlığını və sağlamlığını düşünərək aksiyadan saat 08:00-22:00-a qədər yararlanma imkanı yaradıb.

Yüksək etibarlılıq imicinə malik “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah” Həyat Sığorta Şirkəti isə 1998-ci ildən fəaliyyət göstərir.


Etiketlər:  Atəşgah Sığorta Şirkətindən sosial məhdudiyyətləri nəzərə alan yeni aksiya təklifi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ