Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 13:46
Koronavirusa görə dünyanın əksər ölkələrində futbol çempionatları dayandırılsa da, bu gün Belarusda yeni mövsümün startı verilir.
Qol.az xəbər verir ki, “yaz-payız” sistemi üzrə keçirilən yarışda birinci turun matçları bu gün oynanılacaq. Mövsümün ilk oyununda “Minsk”lə BATE üz-üzə gələcək.
Qeyd edək ki, martın 17-də UEFA-nın milli federasiyalarla keçirdiyi videokonfrans zamanı yerli liqaların dayandırılması tövsyə olunub. Lakin Belarus Futbol Federasiyasından bildirilib ki, indiki durumda liqanın startını təxirə salmağa ehtiyac yoxdur. Qurumun mətbuat katibi Aleksandr Aleynik deyib: “Belarusda 36 nəfər koronavirusa yoluxub. Biz müvafiq qurumlardan informasiya alırıq. Hələlik çempionatı azarkeşlərin iştirakı olmadan keçirmək qərarı vermişik”.