Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anam ağlaya-ağlaya zəng edib ki, sizə nə olub?

''Anam ağlaya-ağlaya zəng edib ki, sizə nə olub?

Tarix: 19 Mart 2020 14:10

"Roza Zərgərliyə hörmətsizlik, bağışlanmayacaq nəsə etmərik. Münasibətimiz pis deyil. Üz-üzə gəlsək  də salamlaşacağıq. Yaşda bizdən böyükdür, gözəl balası var".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənnilər Sevil və Sevinc Səfərova "ATV maqazin onlarla" verilişində deyib. Sənətçilər müğənni Roza Zərgərlinin onlar haqda dediklərinə münasibət bildirblər.

Bacılar müğənni Ceyhun Əliyevin "Mənə dedilər ki, sən məndən ağıllısan" iddialarına cavab veriblər: 

"Bizim dilimizdə elə söz yoxdur. Xoşumuza gəlməyəni kobud şəkildə ifadə etmərik. Ceyhuna ola bilər ki, demişik mahnını başqası yaxşı oxuyar. Demirik ki, onun heç bir bəstəsini bəyənmirik. Ceyhunun elə gözəl mahnıları var ki, Aygün Kazımova, Röya Ayxan oxuyub. Əgər Ceyhunuun bəstələrini bəyənməsəydik, ona mahnı üçün müraciət etməzdik".

Əkizlər Gülay Zeynallının onların ünvanına yazdığı "Eşitdim, səsləri batıb. Bundan sonra kimi dinləyəcəm" zarafatının analarını həyəcanlandırdığını deyib:

"Anam ağlaya-ağlaya zəng edib ki, sizə nə olub? Səsiniz batıb? Əsəbləşirəm ki, evdən çıxanda səsimi eşitdin? Necə batıb? Qayıdır ki, elə bildim oxuya bilmirsiz. Maraqlıdır ki, şou-biznes nümayəndələri bizə yazır ki, Gülay sizə niyə elə yazır? Aranı qızışdırmaq istəyirdilər. Deyirik, əcəb edib yazıb".


Etiketlər:  Anam ağlaya ağlaya zəng edib sizə olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ