Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusdan daha 149 nəfər öldü

İranda koronavirusdan daha 149 nəfər öldü

Tarix: 19 Mart 2020 14:48

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində yeni koronavirusdan (COVID-19) 149 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Əlirza Rəisi deyib. Onun sözlərinə görə, ümumilikdə İranda bu virus nəticəsində 1 284 nəfər ölüb.

Nazirlik rəsmisi ötən sutkada 1 046 nəfərin koronavirusa yoluxduğunu deyib.

Cahanpur əlavə edib ki, ümumilikdə İranda 18 407 nəfər bu virusa yoluxub. İndiyədək virusdan sağalanların sayı 5 979 nəfər olub.


Etiketlər:  İranda koronavirusdan daha nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ