Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 17:06
Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Novruz bayramı münasibətilə uşaqlarla görüş keçirib.
Aparatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, onlar “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Qadın və Uşaq Sığınma Evinin, habelə “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı İnteqrasiya Mərkəzinin sakinləri ilə görüşüb, bayramlarını təbrik edərək hədiyyələr təqdim ediblər.
Təşkilatların rəhbərliyi və sakinlər göstərdikləri diqqət və qayğıya görə Müvəkkilə təşəkkürlərini bildiriblər.