Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 12:57
Bakı. Trend:
Koronavirus infeksiyasının (COVID-19) yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Baş Nazirinin sədrliyi ilə yaradılmış hökumət komissiyasının təsdiq etdiyi Fəaliyyət Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyində profilaktik tədbirlər davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə infeksiyaya qarşı mübarizənin təşkil edilməsi, xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin daha da artırılması məqsədilə nazirlik əməkdaşları üçün təlimat hazırlanıb.
Təlimatda nəzərdə tutulan tədbirlərə ciddi əməl olunması barədə nazirliyin strukturlarına müvafiq göstəriş verilib.