Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA nümayəndələri Bakı Olimpiya Stadionunun ot örtüyünə ən yüksək qiyməti veriblər

UEFA nümayəndələri Bakı Olimpiya Stadionunun ot örtüyünə ən yüksək qiyməti veriblər

Tarix: 27 May 2019 21:58

Bakı. Trend:

Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar UEFA nümayəndələri stadionun ot örtüyünə oyunöncəsi sonuncu baxış keçiriblər.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti ən yüksək qiymətlə - 5 ulduzla qiymətləndiriblər.

Xatırladaq ki, İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu yerli vaxtla saat 23:00-da başlayacaq.


Etiketlər:  UEFA nümayəndələri Bakı Olimpiya Stadionunun ot örtüyünə ən yüksək qiyməti veriblər


RƏYLƏR