Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2019 05:28
Bakı. Trend:
Argentinanın ən böyük aviaşirkəti "Aerolineas Argentinas" mayın 29-una planlaşdırılan bütün reysləri ləğv edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə aviaşirkətin yaydığı bəyanatda deyilir.
Aviaşirkət bildirir ki, reyslərin təxirə salınmasına səbəb "Əməyin Ümumi Konfederasiyası"nın 24 saatlıq tətili olub: "Aerolineas Argentinas" öz sərnişinlərinə mayın 29-una təyin edilən bütün uçuşları ləğv etmək məcburiyyətində qaldığını bildirir. Bu addım 330 reys və 37 mindən artıq sərnişinə toxunacaq".
Aviaşirkətin sözlərinə görə, artıq 75 faizdən artıq sərnişin üçün yeni uçuş tarixi təyin edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin