Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 15:10
Uşaqlarda koronavirus asanlıqla müalicə olunur.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı pediatr Yevgeni Komarovski İnstaqram hesabında deyib.
O bildirib ki, koronavirusun uşaqlardakı ilkin əlamətləri qusma və ishaldır.
"Uşaqlarda nəfəs tıxanıqlığı və nəcislə bağlı problemlərə diqqət etmək lazımdır. Bu, koronanın əlamətləri ola bilər", - Y.Komarovski bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Çin alimləri uşaqların koronavirus infeksiyasının gizli daşıyıcıları olduqlarını, bunu müəyyənləşdirməyin çox çətin olduğunu açıqlamışdılar.