Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''A Seriyasının bərpa olunacağına inanmıram''

''A Seriyasının bərpa olunacağına inanmıram''

Tarix: 22 Mart 2020 18:24

"Mövsümün necə bitəcəyini birlikdə görəcəyik. Ancaq məncə, mövsümü başa vurmaq mümkün olmayacaq".
 
Qol.az xəbər verir ki, bu sözləri "Roma"nın futbolçusu Xavyer Pastore İtaliya mətbuatına açıqlamasında deyib.

Argentinalı yarımmüdafiəçi məşqlərin də dayandırıldığı üçün A Seriyasının bərpasına inanmadığını bildirib: "Uzun müddətdir fasilədir və bu, xeyli davam edir. Yenidən oyunlara hazır olmağımız üçün 20-30 gün məşq etməliyik. Onsuz da ölkə xaricində gedən futbolçular üçün 14 günlük karantin lazımdır. Bu səbəbdən çempionatın bərpa ediləcəyinə inanmıram".

Qeyd edək ki, 26-cı turda dayandırılan A Seriyasında turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir.

 


Etiketlər:  Seriyasının bərpa olunacağına inanmıram


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ