Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 14:00
UEFA koronavirus pandemiyasına görə Çempionlar Liqası və Avropa Liqasını bu mövsüm başa vurmaya bilər.
Qol.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavlenko bildirib. Onun sözlərinə görə, indi qitənin ali futbol qurumunun əsas məqsədi yerli liqaların başa çatdırılmasıdır:
“UEFA-nın işçi qrupu koronavirusla bağlı durumu izləyir. Avrokuboklarla bağlı iki, üç və ya dörd variant təklif ediləcək. İndi proqnoz vermək çətindir. UEFA yerli liqaların başa vurulmasını istəyir. Məhz buna görə Avro-2020 təxirə salındı”.