Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2020 17:54
Bakı Nəqliyyat Agentliyi #evdəqal həştəqi ilə aksiyaya qoşulub.
Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, aksiya çərçivəsində yollardakı elektron məlumat tablolar və monitorlarda, müntəzəm marşrut xətləri üzrə avtobusların elektron məlumat lövhələrində #evdəqal və #bizbirlikdəgüclüyük həştəqi ilə yazılar qeyd edilib. Eyni mesaj AvtoFm 107.7 radio dalğasında RDS cihazından da ötürülür.
Məqsəd, əhalinin diqqətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə tətbiq edilən sosial izolyasiya qaydalarına yönəltmək, insanların zəruriyət olmadığı halda evdən çıxmamağa səsləməkdir.
Qeyd edək ki, evdə qal çağırışına əməl etməklə biz koronavirusa yoluxma riskini azaldırıq.
Bakı Nəqliyyat Agentliyinin kollektivi olaraq hər bir kəsi vətəndaş məsuliyyəti nümayiş etdirməyə dəvət edirik. Əminik ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq.