Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Buraxılış imtahanının NƏTİCƏLƏRİ açıqlandı

Buraxılış imtahanının NƏTİCƏLƏRİ açıqlandı

Tarix: 28 May 2019 14:22

Bakı. İlhamə İsabalayeva - Trend:

11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər.

İmtahanda iştirak etmiş şagirdlər (22499 nəfər) DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Qeyd edək ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda 2 şagird (Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin və Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.

Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0, və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir. Balların hesablanması qaydasına görə (Cədvəl 1) şagirdlərin:

- Xarici dil fənni üzrə yazılı cavab vermək tələb olunan tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və -ə vurulur;

- Tədris dili fənni üzrə yazılı cavab vermək tələb olunan tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və -ə vurulur.

- Riyaziyyat fənni üzrə isə kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir, yazılı şəkildə cavablandırılan tapşırıqlardan toplanılan ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu 3 ədəd cəmlənir və -ə vurulur.

Cədvəl 1

Fənn

I mərhələ, test tapşırıqları

Maksimal
bal

Test tapşırıqlarınn
sayı

Bal

Tədris dili (Azərbaycan dili, rus dili)

100

Oxuyub-anlamaya dair 2 mətn-hər mətnə aid 10 tapşırıq (5 yazı tələb olunan açıq+5 qapalı) və dil qaydalarına dair 10 qapalı tipli tapşırıq. Cəmi:30 tapşırıq

Description: https://latex.codecogs.com/gif.latex?\frac%7b5%7d%7b2%7d ·(2nd(açıq, yazılı)+nd(qapalı))

Riyaziyyat

100

7 açıq tapşırıq (həllin yazılması tələb olunan)+ 5 açıq tipli tapşırıq + 13 qapalı tipli tapşırıq. Cəmi 25 tapşırıq

Description: https://latex.codecogs.com/gif.latex?\frac%7b25%7d%7b8%7d ·(2nd(açıq, yazılı)+nd(açıq, kod)+ +nd(qapalı))

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri)

100

1.Dinləyib-anlamaya dair mətn - 6 tapşırıq (3 qapalı+3 yazı tələb olunan açıq tipli); 2.Oxuyub-anlamaya dair mətn - 8 tapşırıq (4 qapalı tipli + 4 yazı tələb olunan açıq tipli); 16 qapalı tipli tapşırıq. Cəmi 30 tapşırıq

Description: https://latex.codecogs.com/gif.latex?\frac%7b100%7d%7b37%7d ·(2nd(açıq, yazılı)+nd(qapalı))

nd(açıq, yazılı)- açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

nd(qapalı)- qapalı tipli test tapşırıqlarına verilmiş balların (düzgün cavabların) cəmi

nd(açıq, kodlaşdırılan)- kodlaşdırılan açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 3-4 və 7 iyun 2019-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 29-31 may tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Bir daha xatırladırıq ki, abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Məlumat üçün bildirək ki, 28 aprel tarixində keçirilmiş imtahanın nəticələri də yaxın günlərdə elan olunacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Buraxılış imtahanının NƏTİCƏLƏRİ açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ