Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2020 13:52
Bakı. Elnur Bağışov - Trend:
İranda ötən sutka ərzində yeni koronavirusdan (COVID-19) 122 nəfər ölüb.
Bu barәdә Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadәn mәlumat verib.
Nazirliyin mətbuat xidmətinin müdiri K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virus nəticəsində 1 934 nəfər ölüb.
Nazirlik rəsmisi ötən sutka ərzində ölkədə 1 762 nəfərin koronavirusa yoluxduğunu və beləliklə yoluxanların sayının 24 811 nəfərə çatdığını deyib.
Cahanpur əlavə edib ki, indiyədək virusdan sağalanların sayı 8 913 nəfər olub.
Xatırladaq ki, İranda 41 milyondan çox şəxsin koronavirusla əlaqədar testdən keçdiyi bildirib.