Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səbail Rayon İcra Hakimiyyəti Aparatının bütün əməkdaşları bir aylıq vəzifə maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər

Səbail Rayon İcra Hakimiyyəti Aparatının bütün əməkdaşları bir aylıq vəzifə maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər

Tarix: 25 Mart 2020 20:20

Səbail Rayon İcra Hakimiyyəti Aparatının bütün əməkdaşları bir aylıq vəzifə maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.

Aparatdan Trend-ə verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasınını ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə görülən işlərin daha da operativ həyata keçirilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və Rayon İcra Hakimiyyəti Aparatının bütün əməkdaşları bir aylıq vəzifə maaşlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" 19 mart 2020-ci il tarixdə imzaladığı Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.


Etiketlər:  Səbail Rayon İcra Hakimiyyəti Aparatının bütün əməkdaşları aylıq vəzifə maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ