Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 15:14
Çinin “Quançjou Everqrand” klubunun baş məşqçisi Fabio Kannavaro xeyirxah addım atıb.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, İtaliya millisinin sabiq üzvü doğma şəhəri Neapoldakı xəstəxanalardan birinə koronavirusla mübarizə üçün 30 min tibbi maska bağışlayıb.
“Napoli”nin yetirməsi olan Kannavaro, 1992-1995-ci illərdə bu klubda oynayıb. “İnter”, “Real”, “Yuventus” kimi klublarda da çıxış edən müdafiəçi 2006-cı ildə İtaliya yığmasıyla dünya çempionu olub.