Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avroliqanın finalına bilet alan tamaşaçıların daşınması üçün ekspress avtobuslar ayrılıb

Avroliqanın finalına bilet alan tamaşaçıların daşınması üçün ekspress avtobuslar ayrılıb

Tarix: 29 May 2019 10:00

Bakı. Samir Əli - Trend:

Sabah Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun "28 May" stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı), metronun "Q.Qarayev" stansiyası yaxınlığından X1 ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avroliqanın finalına bilet alan tamaşaçıların daşınması üçün ekspress avtobuslar ayrılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ