Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa görə Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb

Koronavirusa görə Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb

Tarix: 27 Mart 2020 12:21

Bakı. Trend:

Koronavirusa görə Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 25-də saat 23.00 radələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Bakı-Qazax yolunun 65-ci km-də təyin olunmuş postda Masallı rayon sakini V.Qəmbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb yüksək sürətlə hərəkətini davam edib. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin avtomobil saxlanılaraq sürücüsü ilə birgə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə təhvil verilib.

V.Qəmbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.


Etiketlər:  Koronavirusa görə Bakıya giriş qadağasını pozan şəxs saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ